ATV kanalı satıldı

58

 

Media qrupun yeni sahibi yerli layihələri ilə adı məşhur olan Kalyon İnşaatdır.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Sabah qəzeti ilə ATV-nin uzun müddətdir müzakirə edilən satış xəbərləri buğun gerçək oldu. Media qrupun yeni sahibi adını yerli layihələrilə məşhurlaşdıran Kalyon İnşaat olub.

Ciner Qrupu tərəfindən Dinç Bilgindən satın alınan Sabah qəzeti və ATV-yə TMSF 2007-ci ildə sahib olmaq istəmiş, daha sonra da qrup 22 aprel 2008-ci ildə 1.1 milyard dollar qarşılığında Çalık Qrupuna satılmışdı.

Qeyd edək ki, Çalık Qrupunun Sabah və ATV-ni satmaq istədiyi uzun müddətdir danışılırdı.