Avropa Birliyi Ermənistana veto qoydu

16

 

İsveçin Xarici İşlər naziri Karl Bildt hesab edir ki, Ermənistanla Avropa Birliyi arasında assosiativ razılaşma məsələsi gündəmdən çıxarılıb.

Modern.az bildirir ki, öz Twitter hesabında məlumat verən isveçli nazir bu qərara Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçakla birlikdə gəldiklərini əlavə edib.

“Miroslav Layçakla belə qənaətə gəldik ki, Ermənistanla assosativ razılaşma indiki vəziyyətdə gündəmdən çıxarılmalıdır. Biz indi Ukrayna, Moldova və Gürcüstanla birlikdə çalışırıq”.

Xatırladaq ki, Moskvada Putinlə danışıqlar aparan Serj Sarkisyan ölkəsinin Gömrük İttifaqına qoşulması və Avrasiya İqtisadi İttifaqının formalaşmasında iştirak edəcəyi ilə bağlı açıqlama Verdi.