Avropa İttifaqının sədri dəyişdi

23

 

İyulun 1-dən Avropa İttifaqında (Aİ) sədrlik rotasiya qaydasına əsasən, İtaliyaya keçir. Cari ilin sonunadək Aİ-nin bütün şuralarının işinə italiyalı nazirlər rəhbərlik edəcəklər.

XALQ.AZ “Trend”-ə istinadən xəbər verir ki , İtaliyanın baş naziri Matteo Rentsi ölkəsinin Aİ-də sədrliyindən istifadə edərək təşkilatı gənclər arasında kütləvi işsizlik, qaçqın axını ilə bağlı problemlərin həlli və s. məsələlərlə mübarizə aparmaq üçün səfərbər etmək niyyətindədir.

Onun sözlərinə görə, Avropa, sadəcə müxtəlif məcəllələrin, parametrlərin yığıncağı ola bilməz: “İndiki darıxdırıcı qoca Avropa hesablaşmalarda itib qalıb və ruhundan məhrum olub”.

Xatırladaq ki, bu ilin ilk 6 ayında Aİ-də Yunanıstan sədrlik edib.