Avropa parlamenti qarşısında öhdəliyimiz yoxdur

33

Mübariz Qurbanlı: Biz çox təssüflənirik ki, Avropa Parlamenti ölkəmizdə keçirilən azad və demokratik seçkilərə ikili yanaşma ilə münasibət bildirir

«Azərbaycan Avropa Parlamentinin üzvü deyil və bu təşkilatın qarşısında da hansısa bir öhdəliyi yoxdur. Ona görə də, Avropa Parlamentinin qəbul etdiyi sənəddə Azərbaycandakı prezident seçkiləri ilə bağlı mövqeyi deklorativ xarakterli sənəd olaraq sadəcə ictimai rəyə yönəlib. Biz çox təssüflənirik ki, Avropa Parlamenti ölkəmizdə keçirilən azad, ədalətli, şəffaf və demokratik seçkilərə ikili yanaşma ilə münasibət bildirir». Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, ikili standartlar Avropa Parlamentinin də divarlarında özünü göstərməkdədir. Onun sözlərinə görə, Azərbaycandakı prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilib.
«Avropa Parlamentinin müşahidə missiyası da seçkiləri izləyib və bu müşahidə missiyası seçkilərə müsbət rəy verib. Bunun fonunda Avropa Parlamenti qəbul etdiyi qətnamədə başqa mövqe ortaya qoyur. Bu da qurumun məsələyə ikili yanaşmasının təzahürüdür»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.