Avropada təbii fəlakət dalğası

 

59

Serbiya və Xorvatiyada əhali təbii fəlakət rayonlarından təxliyyə edilir

Şərqi Avropa ölkələrində yağan aramsız yağışlar daşqınlara səbəb olub. Serbiya və Xorvatiya təbii fəlakətdən əziyyət çəkir. Serbiyada Tuna çayı daşaraq Kalodova şəhərində fəsadlar törədib. Şəhərin ətraf bölgələrində 30-a yaxın evi su basıb. Daşqın suları və torpaq sürüşmələri yollarda nəqliyyatın hərəkətini iflic vəziyyətinə salıb. Təbii fəlakətdən ən çox əziyyət çəkən Bolyetin və Tekiya rayonlarıdır. Tekiyada anidən gələn sel bir sürücünün ölümünə səbəb olub. Ölkə rəhbərliyi bölgədə fövqəladə vəziyyət elan edib. Xilasedicilər təhlükəli bölgələrdən 300-dən çox sakini təxliyyə ediblər.
Serbiyada may ayında baş verən daşqınlar zamanı azı 20 nəfər ölmdüşdü.
Xorvatiyada da oxşar vəziyyət hökm sürür. Əsasən, Karlovaç və Sisak şəhərlərində təbii fəlakətlə əlaqədar ciddi təhlükə yaşanır. Hökumət daşqınların qarşısını almaq üçün çayların kənarına sədlər çəkməyə çalışıb. Bunun üçün bölgələrə 1000-dən çox hərbiçi cəlb edilib. (anspress)