Avtomobil mağazaya çırpıldı

51

 

Novxanıda ağır yol qəzasında 4 nəfər yaralanıb

Ötən gün Novxanıda ağır yol qəzası baş verib.

Xalq.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, kənd ərazisində Babək Kərimov idarə etdiyi “KİA” markalı avtomobillə yolun kənarındakı mağazaya girib.
Qəza nəticəsində B.Kərimov və sərnişini Samir İsmayılov ağır yaralanıb. Bundan başqa, mağazada olan Əzizulla İdrisov və Yural Əmralıyev yaralanıblar.
Hər 4 yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.