Axı bu qədər israfçılıq olmaz

“Kim deyir ki, bu sahədə böhrandır?”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev  toy sənayesinin böhranda olması fikri ilə razılaşmır.

Onun sözlərinə görə, bu gün də şadlıq saraylarında toy etmək üçün aylar öncədən növbəyə yazılmaq lazımdır:

 

 

“Kim deyir ki, bu sahədə böhrandır? Təxminən 1-2 ay əvvəl yaxın bir qohumum toyla bağlı şadlıq sarayı axtarırdı. Onlara bildirmişdilər ki, ən yaxşı halda toy tarixini oktyabr, noyabr və dekabr ayına yaza bilərlər. Belə olan halda hansı böhrandan söhbət gedir? Heç bir böhran yoxdur, hamı da işləyir. Sadəcə, məni həm vətəndaş, həm də millət vəkili olaraq toyların dəbdəbəli keçirilməsi narahat edir. Biz bu məsələni bir qədər sadələşdirməliyik. Toy gənclər üçündür, sadə bir ortamda olmalıdır. Amma mən toy xərclərini eşidəndə dəhşətə gəlirəm. Menyular adambaşı təxminən 100 manatdan başlayıb, 500-700 manata kimi dəyişir. Axı bu qədər israfçılıq olmaz”.