Ayətullah Xamneidən “cihad” fətvası

Xamneyi

İranın Ali dini lideri fələstinliləri İordan çayının qərb sahilində münaqişə zonasını genişləndirməyə çağırıb.

XALQ.AZ-ın məlumatına görə, çərşənbə axşamı Əli Xamnei fələstin xalqını hərbi münaqişəni dayandırmamağa və genişləndirməyə çağırıb.

“Bu amansız rejimə qalib gəlməyin yeganə yolu- bu müqaviməti davam etmək və mübarizəni İordan çayının qərb sahilinə kimi genişləndirmək olar”- deyə o IRNA new agentliyinə müsahibəsində bildirib.

Qeyd edək ki, “Qoruyucu xətt” adı altında 7 İyulda Qəzzanı havadan vurmağa başlayan İsrail ordusu, 17 İyul Cümə axşamı qurudan hücuma keçib.

Hücumların başladığı gündən bu yana Qəzzada 693 adam həyatını itirib, 5 minə yaxın insan yaralanıb.

Ölənlərdən 162-sinin uşaq, 78-nin isə qadın olduğu bildirilir.