Aybəniz Haşımovadan üzücü xəbər

Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb. Bir müddətdir qızıl yel xəstəliyindən əziyyət çəkən müğənni bu üzdən yeriyə bilmir. 

XALQ.AZ xəbər verir ki, xanım sənətçi səhhətinin yaxşılığa doğru irəlilədiyini bildirib:

“Artıq yaxşılığa doğru gedirəm, şükürlər olsun. Çoxu gedib, azı qalıb, narahat olmayın. Allahın izni ilə yaxın zamanda ayaqlarımı yerə basa biləcəyəm”. 

Qeyd edək ki, qızıl yel streptokokk mikrobun törətdiyi ağır infeksion xəstəlikdir. Bu zaman dəri zədələnir, dəridə xarakterli al-qırmızı ləkələr əmələ gəlir. Müalicə olunmasa bu xəstəlik çox ağır fəsadlar verə bilər.