Aydın Hüseynov: “İrəvanın BMT-yə Qarabağdakı “aclıq”la bağlı şikayət etməsi erməni xislətinin növbəti həyasızlığıdır”

İrəvanın BMT-yə Qarabağdakı “aclıq”la bağlı şikayət etməsi erməni xislətinin növbəti həyasızlığıdır.

Bu hal bir daha onu göstəriri ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarında əl çəkməyib. Bakının humanitar yüklərin daşınması üçün təklif etdiyi Ağdam Xankəndi yolu ilə bağlı Brüssel görüşündə razılıq əldə olunsa da, həm Rusiya Sülhməramlı kontingetin, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsinin həmin istiqamətdə hərəkətlə bağlı etiraz etməmələri Ermənistanın isə Laçın yolundan israrala istifadə etmək istəyi əslində anlaşıladır. Çünki, bu istiqamətdə dəfələrlə Ermənistandan Qarabağdakı silahlılara hərbi təchizat daşınıb. Ordumuzun Qarabağda bəzi yüksəkliklərdə nəzarəti bərpa etdiyi ərazilərdə qarşılaşdığı mina tələlərindən məlum oldu ki, Ermənistandan noyabr razılaşmasından sonra ərazilərimizə mina gətirilib. Bundan başqa təxribatlara qarşılıq verən müzəffər ordumuzun əməliyyatlarında sonra məlum olub ki, hərbçilərimizə atəş açanlar Ermənistandan məqsədyönlü şəkildən göndərilmiş hərbçilərdir. Görünür artıq İrəvan Qarabağdakı təxribatçı erməni silahlarının ehtiyaclarını təmin edə bilməməsi ilə barışa bilmir. Ona görə də, demək olar ki, bütün dünyada təbliğatını “aclıq” kampaniyası adı altında aparmağa başlayıb.

BMT-nin Ermənistanın şikayəti əsasında qətnamənin qəbul etməsi elə təşkilatın əsas prinsipi olan ölkələrin ərazi bütövlüyünün qorunması ideologiyasına qarşıdır. Bilirik ki, bu addım üçün təşkilatın 5 daimi üzvləri olan, Fransa, Rusiya, ABŞ, Çin, Böyük Britaniya birlikdə qətnamə üçün razılıq verməlidilər. İndi  geosiyasi və qlobal vəziyyətdə Qərbin Rusiya ilə birgə eyni mövqedən çıxış etməsi inandırıcı gəlmir. Çünki, Rusiya-Ukrayna müharibəsində tərəflər bir-biriləri ilə düşmən münasibətindədirlər. ABŞ və Böyük Britaniya ilə Azərbaycanın siyasi əlaqələri yüksələn dinamika ilə inkişaf etməkdədir. İnanmıram BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə qəbul edilə bilər. Saxta, yalançı, güruh ideologiyası ilə özünü yazıq xalq kimi göstərməyə çalışan ermənilər və rəsmi İrəvan bu dəfə də məğlub olacaq. Bu bir daha onu göstərir ki, Ermənistan Azərbaycanı beynəlxalq təşkilatlara şikayət etməkdən başqa yolu qalmayıb. Əgər İrəvan bütün danışıqlardan və razılaşmalardan imtina edərsə, Azərbaycanın dəmir yumruğu öz gücünü saxlamaqdadır və hər zaman düşmənin başına endirə bilər.