Aydın Hüseynov seçicilərlə görüşdü
Milli Məclisin deputatı Aydın Hüseynov seçicilərlə növbəti görüş keçirib.
Millət vəkili XALQ.AZ-a bildiriib ki, seçicilərlə ilə baş tutan görüşdə onları narahat edən məsələ və problemlər barədə danışdılar.
Görüş zamanı əsas etibarilə sosial və hüquqi məsələləri əhatə edən mövzular qaldırıldı. Seçiciləri ayrı-ayrılıqda qəbul edərək, müraciətlərini dinlədik. Bəzi məsələlər operativ olaraq həll edildi, həlli vaxt tələb edən məsələlərlə bağlı problemlər qeydiyyata alınaraq,aidiyyəti üzrə qurumlara müraciətlərin ediləcəyi bildirildi.