Aydın Hüseynov mühüm təkliflə çıxış etdi

Xəbər verildiyi kimi, Milli Məclisin növbəti plenar iclasları keçirilir. Büdcə zərfinin ikinci oxunuşda müzakirəyə çıxarıldığı iclasda hökumət üzvləri də iştirak edirdi.
“Biz artlq, sözün əsl mənasında bu günlər ərzində yəni, birinci oxunuşda, komitə yığıncaqlarında büdcəmizi çox səmərəli şəkildə müzakirə etdik. Büdcənin ən başlıca səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin maliyyə təminatçısıdır. Cənab Prezidentin siyasətinin təməlində, əsasında Azərbaycan vətəndaşı dayanıb. Məhz bu baxımdan Azərbaycan vətəndaşının sosial rifahının yüksəldilməsi, sosial layihələrin həyata keçirilməsi, xüsusilə sosial təbəqənin, həssas təbəqənin problemlərinin həlli istiqamətində büdcənin imkanları daxilində kifayət qədər vəsait nəzərdə tutulub”.
Bu fikirləri “…2022-ci ilin dövlət büdcəsi və büdcə zərfi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən millət vəkili Aydın Hüseynov səsləndirdi.

O, əlavə etdi ki, ikinci bir istiqamət ölkənin müdafiə qüdrətidir: “Ölkə Prezidentinin müəyyənləşdirdiyi prioritet istiqamətlərdə, eləcə də digər tərəfdən Qarabağa böyük qayıdış, insan sağlamlığı və sair kimi istiqamətlərdə Prezidentin həyata keçirdiyi siyasətin maliyyə təminatı tamamilə təmin olunub. Ona görə də biz büdcəmizi çox məqbul hesab edirik. Bu başdan deyim ki, büdcəmizin bütün parametr və keyfiyyətləri, eləcə də Maliyyə nazirliyi tərəfindən, İqtisadiyyat nazirliyi tərəfindən, Hesablama palatası tərəfindən bizə təqdim olunan layihələri çox yüksək dəyərləndirirəm. Onları təkcə bir məlumat toplusu yox, sözün əsl mənasında təhlillər, müqayisələr aparılan fundamental bir elmi əsərlər kimi dəyərləndirmək olar. Mən əsas nəyə diqqət yetirəcəm? Büdcə müzakirələri və bu büdcə müzakirələrində dediyimiz kimi, çox hörmətli millət vəkilləri əsl həqiqətdə dəyərli fikirlər səsləndirdilər, problemlər qaldırdılar. Ancaq bir necə detalı əlavə etmək istəyirəm ki, büdcə müzakirələrimizi biz bu istiqamətdə qursaq daha səmərəli olar. Qaldırdığımız problərin həllini daha çox tapmış olaraq. Onlar nədir? Birinci növbədə biz dövlət büdcəsinin gəlirlərini müzakirə etməliyik, görək gəlirlərimiz nə qədrdir? Baxın, dövlət büdcəsinin gəlirləri 26,8 milyarddır. Bunun 14,1 milyardı vergi, gömrük və digər mənbələrdən daxil olacaq. 3 milyardı isə büdcə kəsrinə gedir. Sözsüz büdcə kəsrini çox artıra bilmərik yəni, bizim dediyimiz təkliflərin nəzərə alınmasının bir reallığı var. Büdcə kəsirini çox qaldlrmaq olmaz ki, digər makroiqtisadi göstəricilərə təsir edir və onun yuxarı həddi var. Eləcə də deyək ki, neftdən gələn gəlirlərin transferin biz çox artıra bilmərik, çünki neftdən gələn gəlirlərin xərclənə biləcək müəyyən bir həddi var. Digər mənbələr varmı bizdə? Əgər yoxdursa, sössüz bizim təklif edəcəyimiz təkliflər, lahiyələr kənarda qalmalıdır. Bu reallıqdır. Ona görə də mən hesab edirəm ki, biz millət vəkilləri yerdəki problemləri qaldırmalıyıq. Seçicilərimizlə qarşılaşırıq, onları məlumatlandırırıq, deyirik və ona görə də bizim bu qaldırdığımız problemlərin həlli 2022-ci ilin büdcəsində demirəm qeyri mümkündür, ancaq reallıq ondan ibarətdir ki, bu mümkün deyil və buna görə də bizim qaldırdığımız bütün məsələlərin, problemlərin həllini tapması üçün hökümətin hesabatında bunları biz müzakirə edək və o müzakirələr komitələrdə və hökümətin digər müvafiq qurumlarının və sahələrinin rəhbərlərinin istiqaməti ilə müzakirələr aparılsın. Onda qaldırılan bir cox məsələlər öz həllini tapacaq, ünvanlı olacaq və biz millət vəkilləri də məmnun olacağıq. Çünki müzakirə etdiyimiz konkret sahələrdi”.
Millət vəkili çıxışı zamanı xüsusi olaraq vaxtilə səhiyyə, mədəniyyət və təhsil sahəsində çoxlu ixtisarlar aparıldığını dilə gətirərək, bildirdi ki, o ixtisarların yanvar ayından bərpa olunması çox məqbul hal olardı: “Maliyyə mənbələrinə gəldikdə isə, sosial iş yerləri açılır, vəsaitlərin mexanizmini tapıb həmin iş yerlərini maliyyəşdirmək və ştatların bərpa olmasına nail olmaq olar. Kifayət qədər şəhid ailələrimiz var, bu kimi həssas təbəqələrimiz var onların içində təhsillilər var, onları işlə təmin etmək həmin istiqamətdə mümkün olar”-deyə, hökumət üzvlərinin diqqətinə çatdırdı.