Aydın Kərimov Prezidenti əmin etdi ki, Sizin tapşırıqlarınızın vaxtında və tələb etdiyiniz səviyyədə yerinə yetiriləcək

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

Qəbulda Prezidetn Aydın Kərimova tapşırılarını verib.

XALQ.AZ xəbə verir ki, videoformatda qəbul zamanı Aydın Kərimov çıxış edib. Prezidentin xüsusi nümayəndəsi bildirib ki,

Möhtərəm cənab Prezident, mənə bu etimadı göstərdiyinizə görə Sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Sizin rəhbərliyinizlə müzəffər Ordumuzun şücaəti nəticəsində Şuşa şəhəri işğaldan azad olunandan sonra etdiyiniz tarixi çıxışınızda “Şuşa, biz səni dirçəldəcəyik!” şüarını səsləndirmisiniz. Bu şüar altında quruculuq işlərində iştirak etmək mənim üçün böyük şərəf və eyni zamanda, böyük məsuliyyətdir. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşanın planlı və sistemli şəkildə yenidən qurulması, olduqca zəngin tarixi, mədəni irsinin bərpa edilməsi, sakinlərin rahat və əlçatan müasir məxsusi şəhər mühitində yaşamaları üçün qarşımda qoyduğunuz vəzifələrin, bütün tapşırıqlarınızın vaxtında və tələb etdiyiniz səviyyədə yerinə yetirilməsi üçün əlimdən gələni edəcəyəm. Bir daha təşəkkür edirəm, cənab Prezident.