Aygün Kazımovanın kimlə toyu oldu -Fotolar

Xalq artisti Aygün Kazımovanın Türkiyədə ərə getdiyi haqda şaiyələr yayılıb. XALQ.AZ-ın məlumatına görə, onun haqqında bu cür dedi-qoduların gəzməsinə səbəb sənətçinin sosial şəbəkədə gəlinlik paltarında şəkillər yayımlayıb bu sözləri qeyd etməsidir: “Çox keçməz sizi sevindirərəm”.

Hazırda İstanbulda olan Kazımovanın bu paylaşımına izləyicilərlə yanaşı məşhur simalar da rəy yazıb. Onlar müğənninin ünvanına xoş sözlər yazaraq xoşbəxtlik arzulayıblar.

XALQ.AZ