Ayı canlı yayımda aparıcıya hücum etdi (VİDEO)

ABŞ telekanallarının birində aparıcı canlı yayımda ölümlə üz-üzə gəlib.
XALQ.AZ-ın məlumatına görə, canlı yayımda sirk ayısı studiyaya gətirilir. Ayının sahibi onun haqqında məlumat verərkən aparıcı ayının yanında əyləşir.

Aparıcını görən ayı qadın aparıcıya hücum edir. Onu yerdə sürükləyir. Qadını ayının pəncəsindən xilas etmək üçün digər televizya işçiləri də köməyə gəlir. Nəhayət ayını sakitləşdirmək mümkün olur.

Videonu sizə təqdim edirik.