Aynur Sofiyevanın vətəndaşlarla onlayn qəbulu keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva 22 yanvar 2021-ci il tarixində vətəndaşların onlayn qəbulunu keçirəcək.

XALQ.AZ-a komitədən verilən məlumata görə onlayn qəbul Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil olunacaq və Naftalan, Tərtər rayonlarından olan vətəndaşların ərizə, təklif və müraciətlərinə baxılacaq. Qəbulun saat 10:00-dan 13:00-dək keçirilməsi nəzərdə tutulur. Əlavə suallar yarandıqda Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinə (əlaqə nömrəsi: 022 245 30 13 ) və ya Komitənin Kadr və kargüzarlıq şöbəsinə (əlaqə nömrəsi: 012 498 00 92) müraciət edə bilərsiniz.