Aytən Səfərovanın maşını aşdı, qəzada ölən var özü isəxəstəxanadadır – Video

Bu gün Bakının Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.

XALQ.AZ xəbər verir ki, 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub.

Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb. Onun ağır xəsarətlər aldığı bildirilir.

A.Səfərovanın həyat yoldaşı saytımıza bildirib ki, aparıcı xəstəxananın travmatologiya şöbəsinə çatdırılıb və hazırda müayinə olunur.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı məlumat yayıb.

 

Qurumun Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub.

 

Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır