Ayxan Hacızadə litvalı naziri saxta erməni təbliğatına aldanmamağa çağırıb

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Litvanın xarici işlər naziri Qabrielius Landsbergisin Tvitter paylaşımına cavab verib.

Ayxan Hacızadə litvalı naziri saxta erməni təbliğatına aldanmamağa çağırıb.

“Cənab nazir Landsbergis, yaxşı olardı ki, saxta erməni təbliğatına aldanmayasınız. Laçın yolu Ermənistan tərəfindən son üç il ərzində sui-istifadə edilib. Təəssüf ki, bütün bu illər ərzində Litva susqunluq nümayiş etdirib”, – o qeyd edib.