Azəbaycan öz suveren ərazisini qorumağa qadirdir.

Naxçıvan Azərbaycanın suveren ərazisinin bir parçasıdır. Məlumdur ki, Naxçıvan beynəlxalq geo -siyasi baxımdan həssas bir bölgədir”.

Bunu Milli məclisin deputat Aydın Hüseynov   açıqlamasında bildirib.

“Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən Zəngəzur dəhlizdə bu gün iqtisadi mənada diqqət mərkəzində olan bir yerdir. Belə düşünürəm ki, ermənilərin Naxçıvan istiqamətində atəşkəsi pozması bu həssas bölgə olduğu etibarilə ona sifariş verən dövlətlərin, onu silahlandıran dövlətlərin proyektidir. Azəbaycan öz suveren ərazisini qorumağa qadirdir.  Istənilən bir addım, məkrli bir fikir Azərbaycan ordusu tərəfindən qətiyyətlə cavablandırılacaq. Ermənistanı bu hərəkətə təhrik edən qüvvələr Azərbaycanın gücünü bilir, ona görədə bu Ermənistanın tam iflasa uğramasına gətirib çıxarır”- deyə vurğulayıb.