Azər Kərimli yeni vəzifəsindən danışdı

Azərbaycanın Avronest Parlament Assambleyasındakı  rəhbər və üzvləri məlum olub.

XALQ.AZ-ın məlumatına görə, Azərbaycanın Avronest Parlament Assambleyasındakı rəhbəri Milli Məclisin deputatı Azər Kərimli seçilib.

Azər Kərimli saytımıza açıqlamasında məsələni təsdiqləyib:

“Milli Məclisin rəhbərliyinə mənə göstərilən etimada görə təşəkkür edirəm. Həmçinin, 6-cı çağırış Milli Məclisin iclasında çıxış edən dövlət başçımız beynəlxalq təşkilatlarda Qarabağ həqiqətlərini dünyaya çatdırmağın vacibliyini hər birimizin  diqqətinə çatdırmışdı. Çalışacam ki, ölkəmiz, eləcə də, Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə daha geniş formada çatdırım”.

Azər Kərimli 13 nəfər nümayəndə heyəti ilə Avronest Parlament Assambleyasında təmsil olunacaqlarını bildirib:

“Bildiyiniz kimi, Şərq Tərəfdaşlığı proqramına əsasən Parlament Assambleyasında 5 ölkə iştirak edir. Hər ölkənin nümayəndə heyəti 10 nəfərdən ibarətdir. Avropa tərəfdən isə Avropanın 60 deputatı iştirak edir. Azərbaycan nümayəndə heyətindən isə 13 nəfər təmsil olunacaq”.