Azər Qaraşovun qətlə yetirildiyi məlum olub

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun kiçik qardaşı Azər Qaraşovun qətlə yetirildiyi məlum olub.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, A.Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.
Hazırda faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.