Azərbaycan alimləri yeni bitki növü aşkarlayıb

AEMA

AMEA Botanika İnstitutunun əməkdaşları Azərbaycan florasında yeni növ aşkarlayıblar.

AMEA-dan verilən məlumata görə, institutunun Herbari laboratoriyasının müdiri Pərvanə Qaraxani, doktorant Arzu Hüseynova və Bitki ehtiyatları şöbəsinin aparıcı elmi işçisi Naibə Mehdiyeva Quba rayonunun Cek və Qaleyxudat kəndləri arasındakı subalp çəmənliklərindən toplanmış herbari materiallarının təyinatı zamanı fərqli növ aşkarlayıb.

Növün təyinatı üçün müasir metodlardan istifadə nəticəsində elm üçün Centauera cinsinə aid yeni növ müəyyən olunub. Bu növ Centaurea emilae Hüseynova et Qaraxani adı altında elmə daxil edilib.