Azərbaycan Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaşdır

Bu tezis hər zaman səsləndirlir ki, “Azərbaycan Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaşdır”. Məhz bu gün Azərbaycan Prezidentinin apardığı uğurlu siyasi kurs sayəsində ölkəmiz Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşa çevrilib, Avropa İttifaqı və quruma üz dövlətlərlə qarşılıqlı faydalı münasibətlər qurub. Bu əlaqələr uzun illər ərzində genişləndirilib və daha da möhkəmləndirilib. Hesab edirəm ki, məhz möhtərəm Prezidentimizin apardığı uğurlu siyasi kurs sayəsində ölkəmiz Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşa çevrilib. Elə istər iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə birgə keçirilən mətbuat konfransında, istərsə də Azərbaycan Prezidenti İlham Əliyev Brüsselə səfəri çərçivəsində dekabrın 14-də NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə də Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib: “Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib. Biz Əfqanıstandakı sülhməramlı missiyamıza 2002-ci ildə başladıq və bu il avqustun sonunda onu bitirdik”.

Bu fikirləri  açıqlamasında Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Məşhur Məmmədov deyib.

Məşhur Məmmədov Alyansın mənzil-qərargahında NATO-nun Baş katibi Yens Stoltenberq Prezident İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında NATO ilə Azərbaycan arasında uzun illər ərzində güclü əməkdaşlığın olmasını qeyd etməsi bir daha dövlət başçımızın apardığı uğurlu diplomatik siyasətinin uğurlu nəticəsinə verilən dəyər və NATO ölkələrin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinin göstəricisi olduğunu deyib: «Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Prezident İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında bir daha qeyd edib ki, Cənubi Qafqazda təhlükəsizlik və sabitlikdə Azərbaycanın münasibətlərin normallaşdırılmasını dəstəklədiyini vurğulaması bir daha NATO və Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin təsdiqidir».

«Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyev Brüsselə səfəri çərçivəsində keçirilən görüşün də əvvəlki görüşlərdə olduğu kimi, uğurlu olacağına, Aİ-yə üzv dövlətlərlə münasibətlərin dərinləşməsinə töhfə verəcəyinə əmin olduğunu deyib: “Dövlət başçımızın dediyi kimi: “Ümumilikdə biz NATO ilə yüksək səviyyəli qarşılıqlı fəaliyyətdə olmaqdan çox şadıq. Biz çox şadıq ki, NATO bizim səylərimizi qiymətləndirir və bu gün biz regionun xeyrinə və dünyada təhlükəsizlik üçün birgə səyləri davam etdirməklə bağlı razılığa gəldik”. Bizim güclü siyasi təmaslarımız əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır və yaradacaq»,-deyə millət vəkili Məşhur Məmmədov vurğulayıb.