“Azərbaycan Bayrağı”ordenli Tankçı

XALQ.AZ xəbər verir ki, bu gün Suraxanı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində “Azərbaycan Bayrağı”ordenli Azərbaycanən ərazi bütövlüyüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan,tankis Əhməd Suliddin oğlu Möhbalıyevin anadan olmasının 50 illiyi ilə bağlı anım məraimi keçirilib.Mərasimdə qəhraman şəhid tankistimizin ailə üzvüləri,döyüşcü yoldaşları,içtimayyət nümayəndələri iştirak edib.


İştirakçılar qəhrəman vətən oğlunun keçdiyi döyüş yolu haqqında danışaraq qeyd ediblər ki, Əhməd Möhbalıyev 1 sentyabr 1968-ci ildə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonun Qıvraq Qəsəbəsində anadan olub.1975-ci ildə Qıvraq kənd orta məktəbinə gedən Əhməd 1982-ci ildə Cəmşid Naxçıvaniski adına Bakı İxtisaslaşdırılmış Hərbi Məktəbə daxil olub.

1984-cü ildə Cəmşid Naxçıvaniski adın Hərbi Məktəbi bitirdikdən sonra Əhməd Möhbalıyev Kazan Ali Tank Qoşunları Məktəbinə qəbul olunub.1988-ci ildə ali hərbi təhsilini başa vurduqdan sonra,təyinatla leytenant rütbəsində Krivoy Roq (Kiyev) şəhərində keçmiş Sovet Ordusu sıralarında xidmət edib.1989-cu ilin iyul ayında baş leytenant rütbəsi alıb.1990-cı ildə Əhməd Möhbalıyev Qorki (Novqorod) şəhərində yerləşən hərbi hissəyə bölük komandiri təyin olunub.


9 avqust 1991-ci ildə ailə həyatı quran Əhməd ailəsi ilə birlikdə Novqorodun Sormov qəsəbəsində yerləşən 583 saylə hərbi hissədə yayayıb.1992-ci ilin aprel ayında da yenicə formalaşmaqda olan Azərbaycan Milli Ordu sıralarında kadr zabit kimi cəbhə xəttində yerləşən tank taborunda xidmətə başlayıb.1992-1993-cü illərdə Şuşa,Laçın,Qubadlı,Tərtər və Ağdam rayonları uğrunda gedən döyüşlərə qəhrəmanlıq nümunələri göstərən Əhmd bu döyüşlər zamanı 3 dəfə ağır yaralanmasına baxmayaraq,sağlam kimi yenidən cəbhəyə qayıdıb.Əhməd Möhbalıyev mahir tankçı kmi,cəsurluğu,çevikliyi,yüksək fiziki və taktiki hazırlığı ilə seçilən peşəkar zabit kimiən çətin əməliyyatlarda qəhrəmanlıq nümunələri göstərərək,qanlı döyüş meydanlarında səngərlər qazmaqdan,kəşfiyyat əməliyyatlarında belə iştirak edir.Onun son döyüşləri Ağdam rayonun Çullu,Boyəhmədli,Papravənd və Qızıllı-Kəngərli uğrunda gedən döyüşlər olur.25 iyul 1993-cü ildə Ağdam rayonun Qızıllı-Kəngərli kəndi uğrunda gedən döyüşlərdə də qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Əhməd Möhbalıyev bircə övladını canından çox sevdiyi Vətəninə yadigar qoyur.25 iyul 1994-cü il ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı iləqəhrəman tankçı Əhməd Möhbalıyev “Azərbaycan Bayrağı”ordeninə (ölümündən sonra) layiq görülüb.Qəhraman Vətən oğlu Bakıda Şəhidlər Xiyabanında dəfin olunub.

Əhməd haqqında danışan zaman onun təcürbəli bir tankis kimi,döyüşlərdə düşmənə qarşı mübarizliyindən,onun günlərlə Laçın kalidorunu gecə-gündüz nəzarətdə saxladığını,düşmənin neçə-neçə ziehli texnikasını sıradan çıxardığından danışdıqda,bir anlıq o günlərə qayıdıldı və Əhməd Möhbalıyevin qəhramanlıq yolu bir daha nurlandırıldı.Əhməd şəhid olsa da,onun ruhu,daim bizimlədi.











Keçirilən mərasimdə Əhməd Möhbalıyevin xanımı Şəhla Möhbalıyeva Beynəlxalq Dədəqorqud Fondu tərəfindən “Mehriban Ana” mükafatı təqdim olunub.

Doğum günün mübarək Qəhrəman Tankçı

 

 

Orxan