“Azərbaycan bir daha öz mövqeyini ortaya qoydu” – Ceyhun Məmmədov

“Brüssel görüşünün nəticəsindən asılı olmayaraq belə görüşlərin keçirilməsi çox önəmlidir. Biz növbəti dəfə bir sıra məsələlər ətrafında müzakirələr apardıq. Azərbaycan bir daha öz mövqeyini ortaya qoydu. Hesab edirəm ki, burada ən vacib məsələlərdən biri Azərbaycanın öz məqsədinə nail olmaq üçün atdığı addımlardır. Bu baxımdan belə görüşlər əhəmiyyətli sayılır”. Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, eyni zamanda, bu görüşlərin davam etməsi, Avropa İttifaqının Azərbaycanın mövqeyini dəstəkləməsi də bizim üçün çox vacibdir: “Azərbaycan və Ermənistan arasında olan münaqişə kifayət qədər mürəkkəbdir. 30 il yığılıb qalmış problemləri qısa müddətdə həll etmək qeyri-mümkündür. Amma bütün hallarda öz məqsəd və məramımıza nail olmaq üçün addımlar atmalıyıq. Təbii ki, danışıqlar gedir və müəyyən irəliləyişlər əldə olunur. Düşünürəm ki, Azərbaycan növbəti dəfə öz uğurunu təsdiq edəcək. Bunun üçün görülən səylər kifayət qədərdir”.