Azərbaycan bölgənin iqtisadi inkişafına, sabitliyinə və təhlükəsizliyinə təminat yaradır

“Türkmənistanla  enerji sahəsində imzalanan Anlaşma Memorandumu cənab Prezident İlham Əliyevin  Xəzər dənizin sülh, dostluq, əməkdaşlıq dənizinin olması ilə bağlı verdiyi bəyanatı əməldə həyata keçirilməsinin bariz nümunəsidir. Ölkə başçısının da qeyd etdiyi kimi, Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir. İmzalanan sənəd əminəm ki, Xəzər ölkələrimiz arasında təbii sərhəd olduğuna baxmayaraq, bundan sonra da ölkələrimizi və xalqlarımızı birləşdirəcək. Bu eyni zamanda nəinki iki ölkə arasında, həmçinin region ölkələrini,dünya ölkələri üçün yeni əməkdaşlıq, dostluq  əlaqələrinin möhkəmlənməsinə imkanlar  açacaq”.

 Bunu açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü İqbal Məmmədov deyib.

Millət vəkilinin sözlərinə görə, 44 günlük Vətən müharibəsində sonra   cənab Prezident İlham Əliyev  bölgədə  regional və regionlararası əməkdaşlıq üçün yeni imkanların yarandığını bəyan edib. “Cənab Prezident istər nəqliyyat, istərsə  enerji, istərsə də digər sahələrdə əməkdaşlıq üşün yeni formatlar yaranacaq. Müstəqilliyini əldə etməsindən sonra  Azərbaycanla Türkmənistan arasında başlıca mübahisə predmetinə çevrilən “Kəpəz” (türkmən versiyasına görə “Sərdar” ) yatağının karbohidrogen ehtiyatlarının birgə istismarına dair hər iki ölkənin Xarici İşlər nazirləri Anlaşma Memorandumu  imzalayıb və mübahisəli yatağın birgə istismarına dair tarixi anlaşma əldə edilib.  Həmin yatağın adı da mübahisə doğurduğundan tərəflər  onu iki ölkənin dostluğunun və getdikcə dərinləşən tərəfdaşlığının rəmzi olaraq “Dostluq” adlandırmağı qərara almışdılar. Anlaşmaya əsasən “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsi hesab edilməlidir”- millət vəkili qeyd edib.

Millət vəkili əlavə edib ki, yatağın neft-qaz ehtiyatları 100 milyon ton həcmində qiymətləndirilir və mütəxəssislərin hesablamalarına görə həmin ehtiyatların ən azı 50 milyon tonu hasil edilə bilər: “Bu isə 35-40 milyard dollarlıq gəlir deməkdir. Bu Memorandumun imzalanması şübhəsiz ki, tarixi hadisədir, eyni zamanda  Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Bir də xüsusi qeyd edilməlidir ki, bu sənəd Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların bu layihələrə cəlb edilməsinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsnə yeni imkanlar yaradır. Odur ki, razılaşmanın əldə edilməsi Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirir və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verir”.
Millət vəkili bildirib ki, yatağın birgə işlənməsi  Azərbaycanın və Türkmənaistanın deyil, ümumiyyətlə bölgənin itisadiyyatının inkişafı, sabitliyinin və təhlükəsizliyinin təmin edilməsi baxımdan mühüm əhəmiyət kəsb edəcək: “İmzalanan sənəd o cümlədən Avropanın enerji təhlükəsizliyinin daha etibarlı və uzunmüddətli şəkildə təmin edilməsinə, Türkmənistanın neft və qazının Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılmasına yeni imkanlar yaradacaq. O baxımdan da imzalanan sənəd 44 günlük Vətən müharibəsindən sonra əldə edilən   böyük tarixi əhəmiyyətə malik növbəti uğurdur. Belə bir uğura ancaq cənab Prezidentin yürütdüyü uğurlu siaysət nəticəsində mümkün olunub. Bu bizdə bir daha əminlik yaradır ki, Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında yeni-yeni  uğurlara imza atacaq”.