Azərbaycan əlaqələrini genişləndirib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda San-Tome və Prinsipi Demokratik Respublikasının xarici işlər və icmalar naziri Urbino Botelho ilə görüşüb.

 

XALQ.AZ xəbər verir ki,  bu barədə  Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

BMT Baş Assambleysının 73-cü sessiyası çərçivəsində keçirilən bu görüş zamanı tərəflər “Azərbaycan Respublikası və San-Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılmasına dair birgə kommünike” imzalayıblar.

Azərbaycan daha bir ölkə ilə diplomatik əlaqələr qurub

 

 

Orxan