Azərbaycan diasporu Kiyevdə forum keçirəcək

uk

Mayın 21-də Kiyevdə “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” (UABD) Ümumukrayna İctimai Təşkilatı “Müasir Ukrayna: dövlətin inkişafında Azərbaycan diasporunun rolu və yeri” adlı III Ümumukrayna forumu keçirəcək.

XALQ.AZ-ın məlumatına görə, bu barədə UABD-nin mətbuat xidmətindən məlumat veriblər.

Tədbir “President hotel” mehmanxanasının “Avropa” konfrans zalında təşkil olunacaq.

Forumda Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, Azərbaycanın və Ukraynanın görkəmli ictimai-siyasi xadimləri, Azərbaycan diasporu Alimlər Şurasının üzvləri, UABD-nin regional təşkilatlarının rəhbərləri və nümayəndələri, biznesmenlər iştirak edəcəklər.

Tədbirdə Ukraynadakı Azərbaycan diasporunun aktual məsələləri və perspektivləri müzakirə olunacaq.