Azərbaycan diplomatları Bakıya cağırıldı

42

 

Bakıda 7-10 iyul tarixində Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin beşinci müşavirəsi keçiriləcək. Azərbaycan Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi iki ildən bir keçirilir.

Müşavirədə Azərbaycan Respublikasının xarici siyasətinin gündəliyində duran aktual məsələlər və gələcək fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılacaq.