Azərbaycan-Ermənistan sərhədləri açılır

Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinləri – Şahin Mustafayev, Aleksey Overçuk və Mger Qriqoryan səviyyəsində üçtərəfli qrup videokonfrans formatında regional nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı ikinci iclasını keçirib. 

XALQ.AZ bildirir ki, bu barədə TASS məlumat yayıb.


“İclasda Rusiya Federasiyası Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin 9 Noyabr 2020-ci il tarixli bəyanatından, həmçinin 11 yanvar 2021-ci il tarixli bəyanatın 2, 3, 4-cü bəndlərinin icrasından irəli gələn birgə iş prosesi ilə bağlı məsələlər müzakirə olunub. Gələcək işlərin qrafiki razılaşdırılıb”, – deyə məlumatda bildirilir.
Xatırladaq ki, üç ölkənin Baş nazir müavinlərinin birinci iclası yanvarın 30-da Moskvada keçirilib.