“Azərbaycan fəal siyasət həyata keçirir” – Ceyhun Məmmədov

“BOK-un prezidentinin cənab Prezident İlham Əliyevə etdiyi təşəkkür bir daha göstərir ki, Azərbaycanın beynəlxalq miqyaslı təşəbbüsləri diqqətlə izlənilir və dəstəklənir”. Bu sözləri  millət vəkili Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycanın bu kimi addımları yüksək səviyyədə təqdir olunur: “Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərliyi ilə təşkilatın nüfuzu daha da artıb. Hazırda Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təşkilatdır. Azərbaycana gələn ayrı-ayrı ölkə rəhbərləri də bu prosesə öz fikirlərini bildirir, Azərbaycanı dəstəkləyirlər. Azərbaycan fəal bir siyasət həyata keçirir və bu öz müsbət nəticələrini verir”.