Azərbaycan futbolunda daha bir qalmaqal

 

15

Zaqatalada keçirilən “Simurq” – “İnter” matçında qalmaqal yaşanıb.

Matçın 84-cü dəqiqəsində hesab 1:1 olarkən hakim “Simurq”un qapısına penalti təyin edib.

Topa yaxınlaşan Coşqun Diniyev zəribəni dəqiq yerinə yetirib. Əsl həngamə də bundan sonra başladı. Belə ki, Diniyev qol vurduqdan sonra tribunalara doğru qaçaraq, yerli azarkeşləri söyüş söyməklə təhqir edib. Bununla da ara qarışıb. Futbolçunun təhqirinə dözməyən zaqatalalı azarkeşlər meydançaya daxil olaraq, onun üzərinə hücum çəkiblər. Bundan başqa, yerli fanatlar “İnter”in digər futbolçularını, məşqçilər korpusunu da təhqir ediblər.

Hər halda əsas komandasında Sxadadze kimi məşqçi, Salukvadze, Lomaya kimi futbolçusu olanklubun əvəzedici komandası da belə olmalıdır.

Maraq üçün qeyd edək ki, “Simurq” azarkeşlərinə qarşı tərbiyəsizlik edən Coşqun Diniyev öz tərbiyəsi, mədəniyyəti ilə daim seçilən tanınmış mütəxəssisimiz Şahin Diniyevin kiçik oğludur.