Azərbaycan haqlı olaraq qalib gəldi

Məlum imzalanan Bəyanat Azərbaycanın beynəlxalq aləmdə nüfüzünü daha da artırdı.

10 noyabr imzalanan Bayanat Azərbaycanın qələbəsidir. Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi Azərbaycan öz ərazi bütovlüyün sülh yolu ilə həll olunmasının istəyirdi. Lakin 27 sentyabrda Ermənistanın növbəti hiyləğər və təxribatçı hucumunu Ali baş Komandanın əmri ilə Azərbaycanın şanlı əsgəri dəf edərək, 44 günə döğma torpaqlarımızı işğaldan azad etdi. Milli Məclisin deputatı Vuqar İskəndərov XALQ.AZ-a açıqlamasında bildirib ki,biz işğalçılıqla barışmayaraq öz ərazi bütövlüyümüzü təmin etməyə həm gücümüz yetdi həmçinin birliyimiz. Azərbaycan ordusunun əks hucum əməliyyatları ilə təkcə torpaqlarımızı işğaldan azad etmədi,həmçinin regionda terrorçuluğa son qoyuldu. İmzalanan Bəyanat Rüsiya sülhməramlı kontingenti yerləşdirilməsi bir daha bunu deməyə əsas verir ki, Beynəlxalq təşkilatların qəbul etdiyi qərarları Azərbaycan ordusu qısa müddətdə həyata keçirdi və regionda sabitliyin təməlini qoydu. Döyüşdə həmişə güclülər qalib gəlir. Bu müharibədə də güclü tərəf biz idik və Azərbaycan haqlı olaraq qalib gəldi. İmzalanan bəyanata əsasən Rusiya Federasiyasının 1960 nəfərlik sülhməramlı kontingenti Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca 5 il müddətinə yerləşdiriləcək. Atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılacaqdır. Naxşıvan Muxtar Respublikası ilə nəqliyyat dəhlizi yaradılacaq. Bu onu deməyə əsas verir ki, Ermənistanın işğalçılığı sübuta yetirildi. Deputat qeyd edib ki, imzalanan Bəyanat Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunan ərazilərdə Azərbaycan bayrağının dalğalanması,yerli idaretmə və icra orqanlarının fəaliyyəti , vətəndaşlarımız qısa müddətdə öz doğma torpaqlarına qayıtmasına, təhsil müəssisələrinin doğma dilimizdə tədrisinə,mağazlarda və ticarət obyektlərində milli valyutamızın istifadəsi,xarici vətəndaşların Qarabağa Azərbaycan vizası ilə gəlişi bir daha ölkə başçısmız İlham Əliyevin diplomatik addımı Azərbaycanı bütöv, bölünməz olduğunu subut etdi. Sülhməramlı kontingenti Laçın dəhlizinə nəzarəti gələcəkdə məğlub Ermənistan hakimiyyətinin hiyləğər xislətinin baş qaldırmaması üçün çox vacibdir. Bu amillə dost Rusiya sülhməramlı kontingentinin Qarabağa yerləşdirilməsi bir daha erməni xalqına heç bir qısasın olmayacağını dəlalət edir. Necə ki, indi Azərbaycanda minlərlə erməni milliyətindən olan vətəndaşlar tam Azərbaycan vətəndaşlıq hüquqları ilə yaşayırlar bundan sonra da daha firavan və təhlükəsiz həyat sürəcəklər. Dünən Prezident İlham Əliyevin qardaş Türkiyə dövlətinin rəhbəri Ərdoğan ilə telefon danışığı və xarici işlər Mövlud Çavuşoğlunu, milli müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul etməsi bir daha onu deməyə əsas verir ki, Türkiyə ilk gündən Azərbaycanın yanındadır. Bu görüşlərin keçirilməsi və gələcəkdə hər hansı bir təxribatın olmasının qarşısı alınması üçün çox vacibdir. Bundan sonra diplomatlarımız,elm xadimlərimiz, ictimayyət nümayəndələrimiz bu qalibiyyətin süllhə vacibliyini əks etdirən addımlar atılacaq. Ölkə başçısı İlham Əliyevin bu gün yürütdüyü siyasəti və sülhə çağırışı,ermənilərin Azərbaycanda tam əminamanlıqda yaşaması bir daha onu göstərir ki, Azərbaycan mültikultural dəyərlər qorunur. İşğalçılığa son qoyuldu artıq vətəndaşlarımız öz doğma yurduna geri dönəcəklər. Görüləcək işlərimiz çoxdur. Bir daha Ali Baş Komandanımızı,ordumuzu, və xalqımızı təbrik edirəm. Biz qalib qəldik!