Azərbaycan İƏT-in Kəşmirlə bağlı iclasında iştirak edəcək

Bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təmas qrupunun Cəmmu və Kəşmir ştatının xüsusi statusunun ləğv olunması və sonrakı vəziyyətlə bağlı fövqəladə iclası keçiriləcək.

XALQ.AZ xəbər verir ki, Ciddədə keçiriləcək iclasda Azərbaycan da daxil olmaqla İƏT-ə üzv ölkələrin nümayəndələri iştirak edəcəklər.

Xatırladaq ki, ötən gün Hindistan prezidentinin fərmanı ilə Cəmmu və Kəşmir ştatının xüsusi statusunu təsbit edən Konstitusiyanın 370-cu maddəsi ləğv olunub. Pakistan Xarici İşlər Nazirliyi də dərhal yaydığı bəyanatda bu addıma qarşı “hər cür variantlar”dan istifadə edəcəklərini açıqlayıb.

 

Orxan