Azərbaycan İrana NOTA VERDİ

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) son günlərdə 14 nəfər İran İslam Respublikası vətəndaşının qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazisinə daxil olması məsələsinə münasibət bildirib.

Xalq.az-ın məlumatına görə, bu barədə XİN-nin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə açıqlama verib.

O qeyd edib ki, Azərbaycan Respublikasının ərazilərinə hər hansı bir xarici səfər Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir.

“İran İslam Respublikası vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış xəbərlərə gəldikdə, məlumata aydınlıq gətirilməsi məqsədilə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müvafiq nota göndərilib. Hazırda məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir”, – XİN sözçüsü vurğulayıb.