Azərbaycan Kubokunda ilk yarımfinalçılar bəlli olacaq

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. Xalq.az xəbər verir ki, ilk olaraq iki qarşılaşma keçiriləcək.

“Zirə” doğma meydanda “Səbail”i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda gerçəkləşən matç saat 17:00-da başlayacaq. İlk oyunda “qartallar” qələbə qazanıb – 2:1.

İkinci dueldə “Qarabağ” “Sabah”la üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüş saat 20:00-da başlayacaq. İlk oyunda Ağdam klubu 7:1 hesablı qələbəyə sevinib.

Azərbaycan Kuboku

1/4 final, cavab oyunları