Azərbaycan mədəniyyətinə ağır itki üz verdi

Xalq artisti Ramiz Məlik vəfat edib.

Bu barədə  Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı məlumat verib.

O bu gün səhər saatlarında vəfat edib.

Mərhumla vida mərasiminin vaxtı və dəfn yeri haqqında məlumat veriləcək. Qeyd edək ki, Ramiz Məlik uzun müddət idi ki, xəstə idi.

Ramiz Məlik 4 avqust 1943-cü ildə Bakıda anadan olub.

1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.

1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb.