“Azərbaycan nefti tükənən deyil”

 

 

Dövlət başçısının Çinə səfəri Azərbaycanın yeni dünya nizamında öz yerini müəyyən etmək və eləcə də mövcud beynəlxalq mənzərədə tutduğu yerin nümayişi baxımından maraqlı idi.

ANS TV-nin məlumatına görə, Azərbaycanın yerindən danışarkən biz Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsinin sammitindən sonra dövlət və hökumət rəhbərlərinin çəkdirdiyi kollektiv şəkli və burada Azərbaycan Prezidentinin yerini təsadüfən göstərmədik. Məsələ təkcə Azərbycan Prezidentinin şəkildəki yerində deyil. Bizcə bu şəklə baxıb əhəmiyyətinə görə dövlətlərin də yerini müəyyən etmək olar. Azərbaycan regionda məhz mərkəzi mövqedədir. Prezident Çinə səfərdən əvvəl Vyetnama da baş çəkmişdi. Səfərin təsirindən hələ də çıxa bilməyən Dövlət Neft Şirkətinin birinci vitse prezidenti Xoşbəxt Yusifzadə ilə söhbətimiz maraqlı alındı. Biz səfərin görünməyən tərəfləri barədə danışdıq.

  • Xoşbəxt müəllim, Vyetnam bizdən ötrü nəylə maraqlıdı?

  • 1959-cü ildə Vyetnam lideri Bakıda olanda neft sənayesi ilə məşğul oldu. O, belə bir söz dedi, siz bizə komək etmisiniz, mustəqil olmuşuq, indi də kömək edin, neft sənayesini inkişaf etdirək. Sovet vaxtı vyetnamlıların çoxu Bakıda oxuyub. İndi onlar orda boyuk vəzifələr tuturlar. Aralarında nazir, nazir mavini olan var. Cənab prezident İlham Əliyev orada Azərbaycanda təhsil almış tələbələrlə görüş kecirdi. Göruş yuksək səviyədə oldu. Vyetnamda dənizin dərinliyi 40 metr olan yerdə birinci özülü Azərbaycan tikib. Cin dənizində sahildən 105 metr məsafədə yerləşən özülü Azərbaycan tikib.

  • İndi icazə verin, elə mütəxəsislərin tikməsi ilə əlaqədar tarixdən yavaş-yavaş gələk çıxaq, buruq tərəflərə. Orda Azərbaycan nəsə eləməyə hazırlaşırmı?

  • Hər il müəyyən qədər neft satırıq onlara. 2013-cu il 350 min ton neft satmışıq Vyetnama. Bu ilin dörd ayında 100 min ton neft satmışıq. İlham Əliyev cənabları öz cıxışlarında bildirdi ki, vyetnamlılarla əlaqələrimizi genişləndirməliyik. Bizim onlarla bir müqaviləmiz var idi. Muradxanlı ilə bağlı bizim vyetnamlılarla müqavıləmiz var. O bir az çox mürəkkəb yataqdır.

  • Onlar gəlib burda nəsə etməlidirlər?

  • Bəli, onlar gəlib burda bəzi işləri aparmalıdılar. Mən yatağı yaxşı bildiyimdən dedim ki, bu yataqla sizin işiniz baş tutmayacaq. Mən də, cənab İlham Əliyev də dedi ki, bu yaxınlarda Ümid-Babəkdə tender elan edəcəyik. Onlara təklif etdik ki, tenderdə iştirak edə bilərsiz. Onların bizlə birgə işləməyə çox həvəsləri var. İlham Əliyev cənabları təklif etdi ki, qabaqlar biz sizin üçün mütəxəssislər hazırlayırdıq, indi gəlin bu işi davam etdirək. Bizim mütəxəssislər sizdə, sizin mütəxəssislər bizdə gəlib oxusun. Köhnə ənənəni davam etdirək.

  • Özümüz orda heç nə çıxartmaq niyyətində deyilik?

  • Bu danışıqların əsasında onlar gəlib söhbət etsələr, bu məsələni qaldıra bilərik. Bizim Dövlət Neft Şirkəti 1994-cü ilin dövlət neft şirkəti deyil. İndi biz dünya standartlarına uyğun bir şirkətik.

  • Hesab etmək olar ki, Azərbaycan 100 il, 50 il bundan sonra özündə neft və qaz ehtiyatı tükənsə, başqa ölkələrdə iş görsün.

  • Biz 50 ili gözləmirik, tükənməyi də gözləmirik. Azərbaycan indidən başqa ölkələrdə iş görür. Yanacaq doldurma məntəqələri, zavodlar, ancaq neftin kəşfiyyatı ilə az məşğul olmuşuq. “Rosneft” də bizə təklif edir ki, gələk sizdə işləyək, biz də onlara təklif edirik ki, biz də gələk sizdə işləyək. Bizim xaricdə işləməyimiz Sovet vaxtı var idi. Onda biz Vyetnamda, Bolqarıstanda işləyirdik. Müstəqillik vaxtı bir az dayanma oldu. İndən sonra biz bu təcrubədən sonra başqa ölkələrdə işləməyə hazırıq.

  • Azərbaycan artıq başqa bir ölkənin neft sənayesində çalışıb ordan pul qazana bilər.

  • İranda iki quyu qazmışıq, dənizdə, biri şərqdə, biri qərbdə. Belə oldu ki, o quyular boş cıxdı. Əgər o quyular dolu çıxsaydı, orda böyuk işlərimiz olacaqdı.

  • O quyuları onların özləri tapmışdı? Yəni boş çıxmağın bizə dəxli yoxdur.

  • Yox, onun bizə dəxli yoxdur.

  • Söhbətə görə sağ olun.