Azərbaycan olaraq soydaşlarımıza dəstək olaq

“Rus və yəhudi icmalarını ekoloqların etiraz aksiyasında fəal iştiraka səsləyirəm. Azərbaycan olaraq soydaşlarımıza dəstək olaq”.

Bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Elnur Allahverdiyev deyib.

O bildirib ki, ekoloqların və QHT nümayəndələrinin etiraz aksiyasında Azərbaycanda yaşayan milli icmaların nümayəndələrinin də iştirak etməsi barədə məlumat var. Bu baxımdan, deputat ölkədəki milli icmaların nümayəndələrini etiraz aksiyasında daha mütəşəkkil iştirak etməyə çağırıb.