Azərbaycan Ordusu öz gücünü, qüdrətini daha da artırır

“Ötən il 10 dekabr 2020-ci il tarixində keçirilən parad ilk dəfə Vətən müharibəsindən sonra keçirilən Zəfər paradı idi. Əvvəlki dövlərdə bu və ya digər formada müxtəlif paradlar keçirilirdi. Amma ötən ilki parad fərqli bir parad idi”.

Bunu açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu parad Azərbaycanın Zəfər qələbəsindən sonra keçirilən parad idi: “Zəfər paradı Azərbaycanın gücünü, Azərbaycan Ordusunun qüdrətini, Azərbaycan Prezidentinin qətiyyətini bir daha nümayiş etdirdi. Eyni zamanda Türkiyə prezidentinin iştirakı, iki ölkə rəhbərinin birgə çıxışı, Azərbaycanın mövqeyini dəstəkləyən fikirlərin irəli sürülməsi bu paradın niyyətini və önəmini bir daha artırdı. Artıq Azərbaycan xalqı məğrur xalqdan qalib xalqa çevrilib. Bu qələbəni Azərbaycan xalqına yaşadan Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyev və rəşadətli Azərbaycan Ordusudur. Bu gün Azərbaycan dünyanın 50 güclü ordusundan biridir. Azərbaycan Ordusu günü-gündən öz gücünü, qüdrətini daha da artırır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Ordusu bu gün öz torpaqlarını qorumaq, düşməni zərərsizləşdirmək üçün bütün imkanlara malikdir”.