Azərbaycan öz planlarını həyata keçirmək üçün addımlarını atır

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Azərbaycanın da BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün nəzərdə tutulan xüsusi proqramında yer alması, təsadüfi deyil. Çünki yol, açıq dənizlərə çıxış Mərkəzi Asiya ölkələrinin sabit iqtisadiyyata malik olmaları üçün həyati əhəmiyyətə malikdir.

Bu gün Azərbaycan beynəlxalq təşəbbüslərə dəstək verən bir ölkə kimi müxtəlif qlobal məsələlərə həsr edilmiş konfransların, forumların keçirildiyi bir məkana çevrilib.              “Bu da Azərbaycanın inkişafının, dünyada Azərbaycana artan inamın, etimadın göstəricisidir. Bu Zirvə görüşünün də Azərbaycanda keçirilməsi eyni zamanda ölkəmizin Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin güclənməsinə öz töhfəsini verəcək”. Məlumdur ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib və bu ərazilərdə bərpa-quruculuq işləri aparılır. Bu baxımdan da bu tədbirin həmin ərazilərdə iqtisadiyyatın inkişafına bir mühim töhvə verəcəyi də gözlənilən amillərdəndir.

Biz cənab Prezidentin son səfərlərinin trayektoriyasına baxsaq, təkcə ötən il Orta Asiya ölkələrinə 15 dəfə səfər edib. Bu gün bizim prioritet hədəf və məqsədlərimizdən biri də Mərkəzi Asiya ilə əlaqələrimizin daha da möhkəmlənməsidir. Biz bu gün bu istiqamətdə çox ciddi tədbirlər həyata keçirməyə çalışmalıyıq ki, qarşımıza qoyduğumuz məqsədlərimizə nail olaq. Orta dəhlizlə bağlı, Zəngəzur dəhliziylə bağlı və digər məsələlərlə bağlı Azərbaycan öz planlarını həyata keçirmək üçün addımlarını atır.

Bu gün əslində Azərbaycan həmin ölkələrin, Avropaya, Türkiyəyə, Gürcüstana bir qapı rolunu oynayır. Son illər Azərbaycanda nəqliyyat infrastrukturunu daha da genişləndirib. Bu gün Rusiya-Ukrayna müharibəsi fonunda bu istiqamətdə yüklərin daşınmasında artım özünü açıq şəkildə göstərir. Bu gün qardaş, dost əlaqələri nəzərə alınaraq əlbətdə ki, Asiya ölkələri də öz sərvətlərinin xaricə eksport olunmasında maraqlıdırlar. Bu gün Azərbaycanın çox geniş imkanları var ki, Azərbaycan bir lagistik mərkəzə çevrilsin. Bunun üçün bizim artıq infrastrukturumuz hazırdır.