Azərbaycan öz torpaqlarında daimi hüquqlarını bərpa edəcək

Sovet dönəmində Ermənistan SSR-in Azərbaycan SSR ərazisindəki anklavı olan Başkənd hazırda Gədəbəy rayonuna aiddir. Anklav ərazilərdən ən böyük kənd sayılan bu kənd Ermənistanın inzibati-ərazi bölgüsünə görə, Geqarkunik vilayətinə məxsusdur Ekspertlər isə hesab edir ki, bu məsələnin müzakirəsi hər tərəfli formada edilməlidir.

Məsələ ilə bağlı millət vəkili Aydın Hüseynovun açıqlama verib.

 

O bildirib ki, uzun illərdir işğal altında olan Azərbaycanın səkkiz kəndindən anklav olmayan dörd kənd geri qaytarılsa da, delimitasiya və demarkasiya proseslərində digər kəndlərin məsələlərinə də baxılacaq.

Millət vəkili vurğulayıb ki, Azərbaycan dövləti suveren ərazilərində, öz torpaqlarında daimi hüquqlarını bərpa edəcək:

Hal-hazırda gündəlikdə olan məsələ anklav olmayan Qazax rayonunun dörd kəndinin geri qaytarılmasıdır. Artıq ərazinin Azərbaycana aid olduğunu müəyyən edən sərhəd dirəkləri də basdırılır. Həmin kəndlər əsrlərdir bizimdir, orada azərbaycanlılar yaşayıb. O torpaqlar xalqımıza məxsusdur. Ermənilərin isə Qafqaza gəliş tarixi də, necə gəldiyi də bəllidir.

Artıq bu məsələ ilə bağlı baş nazirlər və onların müavinləri səviyyəsində yığıncaqlar keçirilib. Digər məsələlər isə qeyd etdiyimiz kimi, sonrakı proseslərin nəticəsində həll olunacaq”.