Azərbaycan regional gücünü və qlobal əhəmiyyətini kifayət qədər artırıb

Hər bir xalqın dünyada tanınmasında, uğurlar əldə etməsində və təbii ki, dünyada cərəyan edən qlobal proseslərin öndə gedənlərinə çevrilməsində liderlərin xüsusi əhəmiyyəti mövcuddur. Liderlik amili elə bir şəxsiyyətlərə aid olunur ki, onlar xalqın və dövlətin maraqlarını müdafiə etməklə yanaşı, həm də inkişaf etdirir.

Bunu Milli Məclisin deputatı Məşhur Məmmədov bildirib.

Deputat qeyd edib ki,məhz bu kimi önəmli faktorun təhlilini apararkən, Azərbaycanın bu siyahıda birinci olması şəksizdir. Çünki Azərbaycanın inkişaf və tərəqqi, eləcə də, xalqın rifahı faktorunda Azərbaycan Prezidenti İlham Əliyev Liderliyi amili mövcuddur.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, əldə edilmiş uğurların dünyada bərabəri yoxdur. Bəli, həqiqətən də bu danılmaz aksiomadır. Məhz ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi də təsadüfi deyil. Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub: “Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik”.

Millət vəkili bildirb ki,bu fakt son on yeddi ildə Azərbaycan iqtisadi göstəricilərinə görə islahatçı ölkələr siyahısında olması bir daha deyilənlərin göstəricisidir. Belə ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 17 il ərzində 2,7 milyon yeni iş yerləri yaradılıb. Azərbaycan iqtisadiyyatı 3,5 dəfə, qeyri-neft sektoru 2,9 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,4 dəfə, əsas kapitala yönəlmiş vəsaitlərin həcmi 2,9 dəfə, dövlət büdcəsinin gəlirləri 20 dəfə, əhalinin nominal gəlirləri 9,9 dəfə, iqtisadiyyatın kreditləşməsi 22,8 dəfə artıb. İşsizlik səviyyəsi 9,2 faizdən 4,8 faizədək, yoxsulluq səviyyəsi 44,7 faizdən 4,8 faizədək azalıb. Həyata keçirilən islahatlar nəticəsində minimum pensiya 200 manata, minimum əməkhaqqı 250 manatadək artıb. Hazırda nominal orta əməkhaqqı 700 manatdan çoxdur. Rəqəmlər göstərir ki, Azərbaycan iqtisadiyyatı son 17 ildə kifayət qədər çox ciddi inkişaf yolu keçib. Xüsusən də fiskal gəlirlərdə müşahidə edilən artım, dövlət gəlirlərinin 20 dəfə artması böyük rəqəmdir. Belə bir artım digər ölkələrin təcrübəsində çox nadir rast gəlinən artımdır. 2003-cü ildən ölkə iqtisadiyyatına 260 milyard dollardan çox investisiya yatırılması sayəsində ölkəmizin karbohidrogen ehtiyatların ixrac kəmərləri, beynəlxalq logistik nəqliyyat dəhlizləri, ölkə daxili infrastruktur tikilib, Azərbaycan dünyanın ən sürətli inkişaf edən iqtisadiyyatına malik ölkələrin sırasına daxil ola bilib.

Beynəlxalq Valyuta Fondunun statistikasına görə, hazırda Azərbaycan iqtisadiyyatı alıcılıq qabiliyyəti paritetinə görə Cənubi Qafqaz regionunun ümumi iqtisadiyyatının 70 faizini təşkil edir. Azərbaycan enerji sahəsindən əldə olunan gəlirlərin indiki və gələcək nəsillər arasında ədalətli bölgüsünə xüsusi əhəmiyyət verir. Bu məqsədlə 1999-cu ildə Dövlət Neft Fondu yaradılmışdır. Yaranma vaxtı aktivlərinin 270 milyon dollar təşkil etdiyi Fondun bu günə olan aktivlərinin həcmi ölkənin ümumi daxili məhsulunu üstələyir. Azərbaycan gəlirlərin ədalətli bölgüsünün səviyyəsinə görə dünya üzrə ən yüksək pillələrdədir.

Məhz son 17 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlar müasir Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini kifayət qədər artırmış olub. Prezident İlham Əliyev cənablarının dediyi “Əldə edilmiş uğurların dünyada bərabəri yoxdur» fikri, bu gün həqiqətən də ölkəmizdə İkinci Vətən müharibəsi getdiyi bir zamanda görünməkdədir. Xüsusilə, mənfur terrorçu Ermənistan sentyabrın 27-də İkinci Vətən müharibəsi başlayan gündən bütün dünya bir daha şahidi oldu ki, Azərbaycan həqiqətən də güclü dövlətdir və bunu işğalçı, faşist xislətli düşmən dövlət də bir daha gördü. Bu gün bir-birinin ardınca işğal olunmuş torpaqlarımızın azad olunması, məhz Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının uzun illər ərzində həyata keçirdiyi ordu quruculuğu nəticəsində dünyanın ən güclü 50 ordusundan birinə çevrilməsidir ki, Müzəffər Azərbaycan Ordusu və rəşadətli əsgərlərimiz bu gün döyüş meydanında öz sözünü deyir və işğalçılıq siyasətindən əl çəkmək istəməyən Ermənistan öz layiqli cavabını alır. Çünki Azərbaycan haqq və ədaləti, beynəlxalq hüquq müstəvisində öz ərazi bütövlüyünün bərpa olunması yolunda mübarizədə Qalib gələrək bir daha sübut etdi ki, Qarabağ Azərbaycandır!

Bu qələbənin altındakı imzanın müəllifi isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik və qətiyyətli siyasəti, Ordumuzun gücü, rəşadətli əsgər və zabitlərimizin şücaəti, xalqımızın öz rəhbəri ətrafında səfərbərliyi Vətən müharibəsində Qələbəni təmin etdi. Dekabrın 10-da keçirilən Zəfər paradı da xalqımız öz tarixi qələbəsini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu parad hər birimizi qürurlandırdı, duyğulandırdı, qələbəmizlə fəxr etdik. Bu parada səbəb olan qələbə Azərbaycanın bir dövlət olaraq gücünü, qüdrətini, xalqımızın öz haqqı uğrunda mübarizə aparmaq əzmini beynəlxalq ictimaiyyətə bir daha yaxından tanıtdı. Bu qələbə ilə dünya erməniliyinin onilliklər boyu Azərbaycana qarşı apardığı saxta təbliğat iflasa uğradı. Prezident İlham Əliyev öz müdrik siyasəti ilə zamanı yetişdirdi və rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad edərək Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Qarabağın tacı Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında üçrəngli bayrağımızı ucaltdı və həmin qələbə bayraqları Zəfər paradında Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır! nümayiş etdirildi.

Azərbaycanımızı, xalqımızı isə qarşıda daha nəhəng, daha davamlı uğurlar gözləyir – İlham Heydər oğlu Əliyev Cənablarının Liderliyi, rəhbərliyi və əlbəttə ki, müdrik siyasəti nəticəsində. Çünki bu gün Onun ətrafında həm də tükənməz xalq amili, tükənməz xalq sevgisi formalaşıb. Bizə, xalqımıza bu hissi, möhtəşəm qələbə sevincini yaşatdığınız üçün üçün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarına minnətdarıq!.