Azərbaycan regional mərkəzlərə bölünəcək

35

 

 

 

Regonal Mərkəzlərin məclisləri də yaradıla bilər

Azərbaycan müxtəlif regional mərkəzlərə bölünməklə yeni bir idarəçilik sisteminə imza ata bilər.

Vətəninfo.az-ın hökümət içərisindəki qaynaqlara istinadən əldə etdiyi məlumata görə, ölkədə qanunların daha da sürətli tətbiqi və icrası, rüşvətxorluq və korrupsiya hallarının aradan qaldırılması, bütövlükdə yerlərdəki ciddi sosial-iqtisadi problemlərin aradan qaldırılması üçün regional mərkəzlərin tətbiqinə keçilə bilər.

Məlumata görə, Aran Qarabağ Regional Mərkəzi, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının daxil olacağı mərkəz Quba olmaqla Quba Regional Mərkəzi, Sabirabad, Saatlı, Beyləqan, İmşli rayonlarının daxil olduğu, mərkəzi İmişli rayonu olmaqla Muğan Regional Mərkəzi, Hacıqabul, Səlyan, Cəlilabad, Biləsuvar rayonlarının daxil olduğu, mərkəzi Şirvan şəhəri olmaqla Şirvan Regional Mərkəzi, Lənkəran, Astara, Masallı, Lerik, Neftçala rayonlarının daxil olduğu, mərkəzi Lənkəran şəhəri olmaqla Lənkəran Regional Mərkəzinin yaradılması ilə bağlı hökümət dəhlizlərində söhbətlər getməkdədir.

Məlumata görə, əgər bu proses sancısız həyata keçirilərsə, yaradılacaq regional mərkəzlərin yerli məclisləri belə fəaliyyət göstərəcək. Gələn məlumatlara görə, regional mərkəzlərin rəhbərləri ölkə rəhbərliyi tərəfindən təyin edilməklə, regional mərkəzlərə daxil olacaq rayonlar məhz mərkəz rəhbərlərinə tabe olacaq. Bu ideyanın həyata keçirilməsi üçünsə hələlik sadəcə olaraq söz-söhbətlərin getdiyini, bunun üçün əsaslı addımların atılmadığı da redaksiyamıza sızdırılan məlumatlar içərisindədir.