Azərbaycan universitetləri dünya reytinqində hansı sıralardadır

Dünya universitetlərinin 2021-ci il üzrə növbəti reytinq sıralaması (QS World University Rankings) açıqlanıb. 


XALQ.AZ xəbər verir ki, tərtibçilər dünyanın 80 ölkəsindən 5500 ali təhsil müəssisəsini tədqiqata cəlb edib. Nəticədə 1187 universitet sıralamada yer alıb.  İlk üçlüyə isə Massaçussets Texnologiyalar İnstitutu, Stanford Universiteti və Harvard Universiteti daxil edilib.


Azərbaycan Universitetlərini sıralamada 1000+ yerlərdə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Bakı Dövlət Universiteti (BDU) təmsil edir.