Azərbaycan üzgüçüsü Avropa çempionu oldu

Idman

Azərbaycan üzgüçüsü Avropa çempionu olub.

XALQ.AZ-ın məlumatına görə, bu informasiyanı Azərbaycan Milli Paralimpiya Komitəsi yayıb.

Xəbərdə deyilir ki, Hollandiyanın Eyndhoven şəhərində keçirilən üzgüçülük üzrə Avropa çempionatında Azərbaycan milli komandasının üzvləri Dmitriy Saley və Eldar Əfəndiyev 200 metr məsafəyə kompleks üzməkdə yüksək nəticə göstərərək finala vəsiqə qazanıblar.

Final mərhələsində üzgüçümüz Dmitriy Saley 2 dəqiqə 13 saniyə nəticə göstərərək qızıl medala sahib olub.