Azərbaycan və Ermənistan sərhəd problemi və digər məsələlər mərhələli formada öz həllini tapacaq

“Torpaqlar erməni işğalından azad edildikdən sonra Azərbaycan üçün ən aktual məsələ bu ərazilərin minalardan təmizlənməsidir. 30 ilə yaxın müddətdə erməni işğalçıları işğal etdikləri Azərbayan torpaqlarında yüz minlərlə mina basdıraraq, faktiki olaraq, minadan keşilməz sədd yaradıb. 2020-ci ilin 10 noyabr sazişindən sonra işğaldan azad edilən ərazilərə məcburi  köçkünlərin öz ata yurdalarına qayıdışını təmin edib, quruculuq işlərini görmək üçün ilk növbədə həmin ərazilərin minalardan təmizlənməsidir. Ancaq Ermənistan bu məsələdə destruktiv mövqe sərgiləyərək minalanmış ərazilərin  tam xəritəsini vermək istəmir. Lakin cənab Prezident İlham Əliyevin yürütdüyü müdrik və qətiyyətli siyasəti nəticəsində Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritəsi  Azərbaycana təqdim edilib”.

Bunu açıqlamasında millət vəkili Əliabbas Salahzadə deyib.


Deputatın sözlərinə görə, minalanmış ərazilərin xəritəsinin verilməməsi nəticəsində  onlarla mülki insan həyatını itirib və yaralanıb. 

“Azərbayan tərəfi minalanmış ərazilərin xəritəsini tələb etsə də, Ermənistan tərəfi  beynəlxalq  humanitar prinsip və qaydaları kobud surətdə pozaraq xəritələri təqdim etmək istəmirdi. Lakin cənab  Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü diplomatik siyasəti və qabliyyəti nəticəsində Ermənistan minalanmış ərazilərin bir qisminin xəritəsini vermək zorunda qaldı”- deputat qeyd edib.
Millət vəkili əlavə edib ki, düzdür, bu minalanmış ərazilərin tam xəritəsi olmasa da, ancaq bizim üçün mühüm əhəmiyyət kəsb edən Ağdam kimi strateji bir rayonun xəritəsidir.

“Hansı ki, bu xəritəyə əsasən həmin ərazilərdə 100 minədək tank və piyada əleyhinə mina basdırılıb. Bu heç də az rəqəm deyil. Əgər həmin xəritə verilməsəydi, həmin ərazilərin minadan təmizlənməsi xeyli vaxt almaqla yanaşı, böyük maliyyə vəsaiti tələb edir. Ən əsası isə Böyük qayıdış planını gecikdirir. Xəritənin əldə edilməsi ərazilərin tez bir zamanda  minalardan təmizlənməsinə, insan tələfatının qarşısının alınmasına, həm də orada aparılacaq quruculuq işlərinin sürətlənməsi prosesinə ciddi təkan vermiş olacaq. Odur ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini verməyə razılaşmaq məcburiyyətində qalması cənab Prezident İlham Əliyevin növbəti böyük diplomatik nailiyyətidir. 
Əminəm ki cənab Prezidentin yürütdüyü prinspial  diplomatik  siyasəti nəticəsində yaxın zamanlarda digər minalanmış ərazilərin tam xəritəsi Azərbaycana təqdim ediləcək. Bununla paralel olaraq iki ölkə arasındakı sərhəd problemi  və digər məsələlər mərhələli formada öz həllini tapacaq”.