Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirib

Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə çıxışı zamanı bildirib.

“26-28 dekabr tarixləri arasında Azərbaycanda “Hibrid Təhdidlərə Cavab Təlimi” keçirilib”, – o qeyd edib.

“Regional və qlobal sülhə dəstək çərçivəsində “İki dövlət, bir millət” anlayışı ilə bərabər olduğumuz Azərbaycana dəstəyimiz davam etməkdədir”, – Z.Aktürk əlavə edib.