Azərbaycan vətəndaşı sərhəddə saxlanıldı

 

59

Adı açıqlanmayan Azərbaycan vətəndaşı Belqorod vilayətindəki sərhəd-keçid məntəqəsində tutulub.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Belqorod və Voronej vilayətləri üzrə İdarəsinin yaydığı məlumatda Azərbaycan vətəndaşının Ukraynadan Rusiyaya keçmək istədiyi bildirilir. Aparılan araşdırmalar zamanı məlum olub ki, Azərbaycan vətəndaşının pasportundakı məlumatlar saxtadır.

Azərbaycan vətəndaşı pasportu 2010-cu ildə 1000 ABŞ dollarına aldığını etiraf edib. O, saxta pasportu Rusiya ərazisində yaşamağı leqallaşdırmaq üçün əldə etdiyini söyləyib.(APA)