Azərbaycana 160 elektrik avtobusu gətirildi

Çindən Azərbaycana gətirilən 160 ədəd elektrik avtobus xəttə buraxılacaq.

Xalq.az xəbər verir ki, bunu Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyəv “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu avtomobuslar Çinin “BYD” şirkətinə məxsusdur.